Azərbaycana 81 min 206 avtomobil idxal olunub

post-img

2023-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana ümumilikdə 1 milyard 374 milyon 23 min dollar dəyərində 81 206 ədəd avtomobil idxal olunub. Bu barədə XQ-yə Dövlət Gömrük Komitəsindən bildirilib. 

2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 33,6 faiz və ya 20 416 ədəd artıb. 2022-ci ilin müvafiq dövründə Azərbaycana 829 milyon 303 min dollar dəyərində 60 790 ədəd avtomobil idxal edilib.

Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərrikli nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 dəfə və ya 2 057 ədəd artaraq 2 425 ədəd olub.

P.ƏFƏNDİ

XQ

İqtisadiyyat