Türkiyə ilə ticarətin payı 15,5 faiz təşkil edib

post-img

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi ticarət dövriyyəsində Türkiyə ilə ticarətin payı 15,5 faiz təşkil edib. Bu da bir il öncəki göstəricini 4,58 faiz bəndi üstələyir. 

Nəzərdə tutulan dövrdə Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 1,68 milyard ABŞ dolları və ya 33,4 faiz artaraq 6,74 milyard dolları üstələyib. 

Dövlət Gömrük Komitəsinin hesabatına görə, cari ilin ilk 10 ayında Azərbaycandan Türkiyəyə 4,83 milyard dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 50,1 faiz və ya 1,61 milyard dollar çoxdur. Türkiyədən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 4 faiz və ya 74,2 milyon dollar artaraq 1,9 milyard dollar təşkil edib.

P.ƏFƏNDİ

XQ

İqtisadiyyat