Ai-92 markalı  benzinin idxalı azalıb

post-img

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan 64 min 302,14 ton Aİ-92 markalı avtomobil benzini idxal edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 67,7 faiz azdır. 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu dövrdə idxal olunan benzinin dəyəri 59 milyon 534,3 min dollar (azalma 73,4 faiz) təşkil edib. 2023-cü ilin yanvar-sentyabr aylarında ən böyük idxal həcmi Türkmənistandan həyata keçirilib. Bu həcm 25 min 970,81 min ton (22 milyon 692,02 min dollar) təşkil edib. Litvadan 22 milyon 587,39 min dollara 20 min 943,53 ton benzin alınıb. Rusiyadan isə 17 min 387,79 min ton idxal edilib (14 milyon 254,89 min dollara).

Qeyd edək ki,  2022-ci ildə Azərbaycana Aİ-92 markalı avtomobil benzininin idxalı 223 milyon 456,8 min dollar dəyərində 198 min 790,13 ton olub. 2021-ci ildə bu markalı benzin idxal edilməyib.

P.ƏFƏNDİ

İqtisadiyyat