MDB ölkələri ilə ticarət dövriyyəsi artıb

post-img

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 524,12 milyon ABŞ dolları və ya 12,4 faiz artaraq 4,73 milyard dolları ötüb. 

Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılmış hesablamalara görə, cari ilin 9 ayında Azərbaycandan MDB ölkələrinə 1,18 milyard dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 11,58 milyon dollar və ya 1 faiz çoxdur. MDB ölkələrindən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 16,7 faiz və ya 512,54 milyon dollar artaraq 3,55 milyard dolları üstələyib.

Cari ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində MDB ölkələri ilə ticarətin payı 12,1 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 1,53 faiz bəndi çoxdur.

P.ƏFƏNDİ

XQ

İqtisadiyyat