Malayziya Azərbaycandan neft alır

post-img

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan 19 milyon 876 min 255,4 ton neft ixrac edilib. Bu, 2022-ci ilin 9 ayının göstəricisindən 1,9 faiz çoxdur.

Dövlət Gömrük Xidmətindən bildirilib ki, nəzərdə tutulmuş dövrdə ixrac olunmuş neftin ümumi dəyəri 12 milyard 128 milyon 399,72 min dollar təşkil edib. Azərbaycan neftinin alıcıları isə 21 ölkə olub. Sentyabr ayında Malayziya alıcıların sayını artırıb.

Komitənin məlumatına görə, ənənəvi olaraq İtaliya əsas alıcı olaraq qalır. Bu ölkə ixrac olunan neftin 40,2 faizini alır. Azərbaycan İtaliyaya 4 986 285,69 min ABŞ dolları dəyərində 7 985 493,8 ton neft ixrac edib.

Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin həcminə və dəyərinə görə) ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 1 206 977,64 min ABŞ dolları dəyərində 1 995 823,22 ton neft ixrac edilib.

P.ƏFƏNDİ

İqtisadiyyat