Aqrar sekrorda 60,65 milyon manat güzəştli kredit verilib

post-img

2023-cü  ilin 9 ayında aqrar sektorda fəaliyyət göstərən 3044 fiziki və hüquqi şəxsə 60,65 milyon manat məbləğində güzəştli kredit verilib. 2022-ci ilin yanvar-sentyabr aylarına nisbətdə güzəştli kredit alanların sayı 6 faiz (193 nəfər) azalsa da, kredit məbləği 17,3 faiz (8,95 milyon manat) artıb. 

Bu barədə Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) məlumat verib. Bildirilib ki, verilən kreditlərin 43,89 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 870 min manatı güzəştli kreditlər, 15,89 milyon manatı isə mikrokreditlərdir.

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 5473 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.

P.ƏFƏNDİ

XQ

İqtisadiyyat