700 milyon manat dövlət borcu qaytarılıb

post-img

Maliyyə Nazirliyinin yaydığı məlumata əsasən, cari il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 17 milyard 203,3 milyon manat və yaxud 2023-cü il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 14,4 faizi qədər olub.

Borcun 11 milyard 109,5 milyon manatı və yaxud 6 mil­yard 535 milyon dolları xarici, 6 milyard 94 milyon manatı isə daxili dövlət borcudur. Bunlar isə gözlənilən ÜDM-in müvafiq olaraq 9,3 faizi və 5,1 faizi qə­dərdir.

Daxili dövlət borcunun əsas hissəsi dövlət büdcəsinin kəsi­rinin maliyyələşdirilməsi, dövlət qiymətli kağızlar bazarının inki­şafının dəstəklənməsi məqsə­dilə buraxılan dövlət istiqraz­larından ibarətdir. Hesabat tarixində dövriyyədə olan dövlət istiqrazlarının 25,4 faizi 1 illik, 57,9 faizi 2 və 3 illik, 16,6 faizi isə 5 və 7 illik dövlət istiqrazla­rının payına düşür. Göründüyü kimi, xarici və daxili dövlət bor­cu azalmaqda davam edir. Bu, düşünülən uzun müddətli stra­tegiyanın həyata keçirilməsinin məntiqi nəticəsidir. 

Xatırladaq ki, Prezident İlham Əliyev “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ifadə olunan dəyişikliklə bağlı imzaladığı sərəncama əsasən, 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 faizini, o cümlədən xarici dövlət borcu­nun 10 milyard ABŞ dollarını üstələməməsi qarşıya mühüm vəzifə kimi qoyulub. 

Buna qədər isə sözüge­dən məsələnin həllində dövlət başçısı tərəfindən 2018-ci il 24 avqust tarixli sərəncamla təsdiqlənən “Azərbaycan Res­publikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”, “Azərbaycan 2030: sosial-iqti­sadi inkişafa dair Milli Prioritet­lər” mühüm rol oynayıb. Lakin ötən müddətdə koronavirus (COVID-19) pandemiyasının makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sa­hibkarlıq subyektlərinə mənfi təsirindən, digər tərəfdən isə Vətən müharibəsində qazanıl­mış zəfər nəticəsində işğaldan azad edilmiş bölgələrin bərpası və yenidən qurulması zərurə­tindən irəli gələn yeni sosial-iq­tisadi çağırışlar meydana gəlib. Bütün bunlar isə “Azərbaycan Respublikasında dövlət borcu­nun idarə edilməsinə dair orta və uzun müddət üçün Strate­giya”nın yenilənməsini zəruri edib.

Burada “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də diqqətçəkən bir məqamı da xatırlatmaq istərdik. Bu da milli iqtisadiyyatımızın qlobal iqtisadiyyatın tərkib his­səsi olduğundan, xarici mühit­dən təsirlənə biləcəyi məsələsi ilə bağlıdır. Elə buna görə də uzunmüddətli dövrdə iqtisadiy­yatın daxili və xarici təsirlərə dayanıqlığının gücləndirilməsi, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi üçün Milli Prioritetlərdə qarşıya bir sıra mühüm vəzifələr qoyulur. Hə­min məqsədlər sırasında yeni reallıqlara uyğun büdcə qay­dasına əsaslanan fiskal çərçivə formalaşdırılması xüsusi yer tutur. 

Milli Prioritetlərdə, eyni za­manda, bildirilir ki, daxili borcun idarə edilməsi ölkədə maliyyə bazarlarının inkişafını dəstək­ləməli, xarici dövlət borcunun dayanıqlı səviyyəsi qorunmalı, dövlət şirkətlərinin borclanma­larına nəzarət gücləndirilməli və bu əsaslarda dövlət və kva­zi–dövlət borcunun idarəedil­məsi təşkil olunmalıdır.

Yeri gəlmişkən, istər daxili, istərsə də xarici borcun qarşı­lanması makroiqtisadi sabitliyin əsas meyarı olan qiymətlərin aşağı və sabit olmasının ger­çəkləşdirilməsi, idarəetmənin institusional çərçivəsinin təkmil­ləşdirilməsi və maliyyə bazarla­rının səmərəli fəaliyyət göstər­məsinin təşkilidir. Çünki belə bir sabitlik şəraiti iqtisadiyyatda proqnozları doğruldur, əhalinin yığımlarını dəyərsizləşmədən qoruyur və investisiya artımını reallaşdırır. 

Onu da qeyd edək ki, son 20 ildə iqtisadiyyatın dinamik inkişafı, eyni zamanda, əha­linin sosial rifahının yaxşılaş­dırılması istiqamətində atılan addımların əhatə dairəsini genişləndirib. Başqa sözlə, iq­tisadiyyatın getdikcə güclən­məsi sosial siyasətin davamlı şəkildə yürüdülməsinə əlverişli şərait yaradıb. Belə ki, son il­lərdə əmək haqları, pensiyalar və müavinətlər dəfələrlə artıb. Bununla yanaşı, indiyədək 300 minə yaxın qaçqın və məcbu­ri köçkünün mənzil şəraitinin yaxşılaşdırılması, Vətən müha­ribəsindən ötən müddətdə isə heç bir xarici dəstək olmadan erməni faşizminin darmadağın etdiyi şəhər və kəndlərimizin yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesi ger­çəkləşib. 

2003-cü ildən etibarən dü­şünülmüş uzunmüddətli stra­tegiya əsasında Azərbaycan Avropa üçün çox önəmli ölkəyə çevrilib. Avropa İttifaqına üzv ölkələrin üçdəbiri – doqquz ölkə ilə strateji tərəfdaşıq sənədi imzalanıb. Bu, respublikamızın beynəlxalq mövqelərinin kifayət qədər güclənməsini şərtləndi­rib. Yaxud xarici borc proble­minin həlli uğurla reallaşdırılıb. Dövlətimizin başçısı bununla bağlı deyib: “Xarici borcumuz 6 milyard dollardan bir qədər çoxdur. Yəni, bizim valyuta ehtiyatlarımız xarici borcu təx­minən 10 dəfə üstələyir. Xarici borc isə ümumi daxili məhsulu­muzun cəmi 9-10 faizini təşkil edir. Bizə bəzən dərs verməyə can atan bəzi ölkələrdə bu, 100 faizdir, bəlkə də çox. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, biz heç kimdən asılı deyilik, biz heç kimin işinə qarışmırıq...”.

Göründüyü kimi, Azərbay­can dövlət borcu sahəsində davamlı şəkildə müsbət göstə­ricilər əldə edir. Bu, vurğulandı­ğı kimi, xarici dövlət borcunun daxili dövlət borcu ilə əvəzlən­məsinin, dövlət borcunun idarə­si üzrə strategiyanın uğurla re­allaşdırılmasının nəticəsidir.

XQ

İqtisadiyyat