9 ayda adambaşına ÜDM 9 min manata çatıb

post-img

Dövlət Statistika Komitəsinin hesabatında bu ilin yanvar–sentyabr aylarında respubli­kada 90 milyard 813 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,5 faiz azalıb, qeyri neft–qaz sektorunda isə 3 faiz artıb.

ÜDM istehsalının 41,6 faizi sə­naye, 9,5 faizi ticarət, 6,4 faizi kənd təsərrüfatı, 6 faizi nəqliyyat, 5 faizi tikinti, 2,3 faizi turistlərin yerləşdi­rilməsi, 1,7 faizi informasiya–ra­bitə sahələrinin, 18 faizi isə digər sahələrin payına düşüb, məhsu­la və idxala xalis vergilər ÜDM-in 9,5 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 8949 manata çatıb.

XQ

İqtisadiyyat