Əhalinin gəlirləri 58 milyard manatı ötüb

post-img

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin gəlirləri 58 milyard manata bərabər olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz çoxdur.

Dövlət Statistika Ko­mitəsinin məlumatında bildirilir ki, son 1 ildə respublikada adambaşı­na düşən gəlir isə 13,1 faiz artaraq 5 min 717 manata yüksəlib.

XQ

İqtisadiyyat