Hərraclara 98 əmlak çıxarılacaq

post-img

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 7-də keçiriləcək hərraca 7 kiçik dövlət müəssisəsi və obyekti, 8 avtomobil çıxarılacaq. 

Xidmətdən verilən məlumata görə, bu dövlət əmlakları arasında yardımçı təsərrüfat, iaşə obyektləri və avtomobillər var. Noyabrın 14-də təşkil olunacaq hərracda iştirakçılara 16 nəqliyyat vasitəsi təklif ediləcək. Avtomobillərin istehsal tarixi 1984-2008-ci illər arasında dəyişir.

Noyabrın 17-də keçiriləcək hərraca "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansında olan 32 nəqliyyat vasitəsi çıxarılacaq.

Noyabrın 21-də keçiriləcək hərracda isə 35 nəqliyyat vasitəsi təklif olunacaq. Nəqliyyat vasitələrinin start qiyməti 375 -16200 manat arasında dəyişir.

P.ƏFƏNDİ

XQ

İqtisadiyyat