Gürcüstana ixracın həcmi artıb

post-img

 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycandan Gürcüstana ixracın həcmi 18.5 faiz artaraq 528 milyon 527 min dollara, Gürcüstandan Azərbaycana idxalın həcmi isə 5.8 faiz artaraq 84 milyon 342 min dollara bərabər olub. 

İki ölkə arasında ümumi ticarət dövriyyəsi 612 milyon 870 min dollar təşkil edib. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.6 faiz və ya 87 milyon 133 min dollar artıb. 

2022-ci ilin yanvar-avqust aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 525 milyon 737 min dollar təşkil edib.

P.ƏFƏNDİ

XQ

İqtisadiyyat