Neft HƏMAS-ın İsrailə hücumu fonunda bahalaşıb

post-img

Neft qiymətləri yeni həftənin əvvəlində kəskin yüksəldi. Londonun ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti 5,2 faiz artaraq bir barel üçün 88,99 dollara satılıb. Ticarət məlumatları göstərir ki, sonra artım 3,7 faizə qədər azalıb və neft müqavilələri bir barel üçün 87,7 dollara başa gəlib. Məlumatı “İnterfaks.ru” verib. 

Beləliklə, kotirovkalar əvvəlki həftənin itkilərinin bir hissəsini bərpa edib: bu dövrdə Brent markalı neft 11,3 faiz ucuzlaşdı. Bu da qiymətlərin 11,9 faiz ucuzlaşdığı bu ilin martından bəri ən əhəmiyyətli azalma idi.

“BCS World of Investments”in ekspertləri qeyd ediblər ki, neftin qiymətinin dinamikasının dəyişməsinə səbəb Yaxın Şərqdə tədarükün kəsilməsi riskini yaradan gərginliyin artması olub. Oktyabrın 7-də Qəzza zolağına nəzarət edən Fələstinin HƏMAS hərəkatı İsrailə hücum edərək “Əl-Əqsa tufanı” hərbi əməliyyatına başladığını elan edib. İsrail buna cavab olaraq antiterror əməliyyatına başlayıb və Fələstin ərazisinə hava zərbələri endirib.

Ekspertlər qeyd edirlər ki HƏMAS-ın İsrailə hücumu regionda sabitliyi poza bilər, lakin bu cür hadisələr, bir qayda olaraq, neft bazarına yalnız qısamüddətli təsir göstərir.

P.ƏFƏNDİ

XQ

 

İqtisadiyyat