Azərbaycanla Rusiya arasında aqrar ticarət dövriyyəsi 959 milyon dollar olub

post-img

Bu ilin əvvəlindən Rusiya Azərbaycana buğda, un, diri mal-qara, quş əti, yumurta, kartof və digər məhsulların tədarükünü artırıb. Azərbaycan isə süd məhsulları, nar və çəyirdəkli meyvələr, qoz-fındıq tədarükünü artırıb və Rusiyaya pomidor, xurma, alma və kartof ixracında ənənəvi olaraq lider mövqeyini qoruyub saxlayır. 

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") məlumatına görə, Azərbaycan və Rusiya Federasiyası arasında kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsi 959 milyon ABŞ dolları təşkil edib. Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükü dəyər ifadəsində 465 milyon dollar, Rusiyadan Azərbaycana isə 494 milyon dollar olub.

P.ƏFƏNDİ

XQ

 

İqtisadiyyat