ANAMA: Azad edilmiş ərazilərdə daha 67 tank əleyhinə mina aşkarlanıb

post-img

Oktyabrın 2-dən 8-dək Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə 426.5 hektar ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyib.

Bu barədə ANAMA tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumatda bildirilir.

Məlumata əsasən, Tərtər, Ağdam, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında icra olunan əməliyyatlar nəticəsində ümumilikdə 31 piyada əleyhinə, 67 tank əleyhinə mina, 1267 partlamamış hərbi sursat aşkarlanıb.

 

Siyasət