Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi davam edir

post-img

Cəbrayıl və Zəngilan rayonu ərazisindən keçən ən mühüm yol infrastrukturu layihələrindən biri Zəngəzur dəhlizinin Azərbaycandan keçən hissəsinin tikintisidir. 

Bununla bağlı  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib: “Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 123,5 km təşkil edir. Layihə üzrə fiziki tərəqqi 80 faizdir. Yol birinci texniki dərəcəyə uyğun 4 və 6 hərəkət zolaqlı olmaqla inşa edilir. Yol boyunca 58 alt keçid, 27 körpü, 12 km uzunluğa malik isə 3 tunelin inşası həyata keçirilir. Süni qurğular üzrə işlər 89 faiz, körpülər və tunellər üzrə isə ümumilikdə 77 faiz tamamlanıb. Yeni yola paralel olaraq uzunluğu 144 km olan mövcud yolun da hazırda yenidən qurulması işləri tərəfimizdən icra olunur. Bu işlər hazırda Horadiz-Zəngilan hissəsində aparılır”. 

P.ƏFƏNDİ

XQ

 

İqtisadiyyat