Antiterror tədbirləri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını sürətləndirəcəkmi? - SORĞU

post-img

Azərbaycanın Qarabağ bölgəsində təhlükəsizliyin və Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19 sentyabrda başlatdığı antiterror tədbirləri nəticə etibarilə Qarabağda qondarma rejimin ləğvinə gətirib çıxarıb və Ermənistanla sülhün əldə olunması istiqamətində maneələri praktiki olaraq aradan qaldırıb.

Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi ictimai rəy sorğusu Azərbaycan cəmiyyətinin antiterror tədbirlərindən sonra sülh müqaviləsinin imzalanacağı barədə nikbin mövqedə olduğunu göstərib. “Keçirilmiş antiterror tədbirləri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini sürətləndirəcəkmi?” sualına münasibətdə respondentlərin 72.4 faizi “bəli” cavabını verib. Sorğuda iştirak edənlərin 21.4 faizi bu barədə əks mövqedən çıxış edib, 6.2 faizi fikir bildirməkdə çətinlik çəkib.

Nəticələrin respondentlərin sosial-demoqrafik məlumatlarına görə təhlili bu istiqamətdə rəylərdə iştirakçıların gender mənsubiyyətinə və təhsil səviyyəsinə görə əhəmiyyətli fərq olmadığını göstərib. Orta və yaşlı nəslə aid respondentlər gənc nəsil ilə müqayisədə bu barədə daha nikbin mövqeyə malikdir.

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət