Cinayətkar şirkətlər cəzasını alacaq

post-img

Qarabağda təbii ehtiyatların heç bir norma gözlənilmədən Xankəndi rejimi və onun himayə etdiyi xarici şirkətlər tərəfindən amansız istismarı iqtisadi ziyanla yanaşı, ciddi ekoloji təhlükə də yaradıb. Təbiətə vəhşi münasibət çox çirklənmiş tullantı hovuzlarının əmələ gəlməsinə gətirib çıxarıb. Məsələn, “Heyvalı” filiz yatağında 3 tullantı hovuzu yaranıb.

 “Dəmirli” mədən yatağının 740 hektar ərazisində isə qanunsuz geoloji kəşfiyyat, qazıntı-hasilat işləri və yeni infrastruktur tikintisi aparılıb. Bu zaman ərazidəki tarixi-memarlıq və arxeoloji abidələrimiz də məhv edilib. Bundan başqa, “Dəmirli” dağ-mədən kompleksinin tikintisi zamanı 82 hektara yaxın meşə örtüyü sıradan çıxarılıb. Nəticədə ətraf mühitə böyük ziyan dəyib, çaylar və yeraltı sular ağır metallarla çirklənib. Uzun illər bu ərazidə yanğınlar təşkil edilib, su hövzələri kimyəvi çirklənməyə məruz qalıb.

Azərbaycanın Cinayət Məcəlləsinə görə, qanunsuz sahibkarlıqla məşğul olaraq sərvətlərimizi talan edənləri isə 7 ilədək həbs cəzası gözləyir. Onlar Azərbaycan Respublikasına dəymiş ziyanın 4 mislini dövlət büdcəsinə ödəməlidirlər.

P.ƏFƏNDİ

XQ

İqtisadiyyat