“Araz Vadisi İqtisadi Zonası”nın Sənaye Parkı na 10 milyon manata yaxın investisiya yatırılıb

post-img

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 5 rezidenti və 1 qeyri-rezidenti var, investorlar tərəfindən ümumi olaraq buraya 32,6 milyon manat investisiyanın yatırılması, parkda 420-dən çox iş yerinin yaradılması planlaşdırılır. Hazırda Sənaye Parkında 1 müəssisə fəaliyyət göstərir. Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Adıgözəlov bildirib. 

Qeyd edək ki, bu ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak ediblər. Digər rezidentlər tərəfindən hazırda Sənaye Parkında tikinti-quraşdırma işləri aparılır. Bir neçə müəssisənin də 2024-2025-ci illərdə istifadəyə verilməsi planlaşdırılır. İndiyədək Sənaye Parkına rezidentlər tərəfindən 10 milyon manata yaxın investisiya yatırılıb.

P.ƏFƏNDİ

XQ

 

İqtisadiyyat