Yeni mineral-xammal obyektləri

post-img

13 faydalı qazıntı yatağı istifadəyə verilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən keçirilən hərracda 13 faydalı qazıntı yatağı istifadəyə verilib.

Dövlət Xidmətinin məlumatına görə, hərracda investorların fəallığı müşahidə edilib. Belə ki, “Türyançay III” qum-çınqıl yata­ğı üzrə təklif 8 min manatdan 15 min manata yüksəlib. Bununla yanaşı, start qiyməti 118 min 382 manat olan “Çovdar” keramika xammalı yatağı 121 min 90 manata istifadəyə verilib.

Xatırladaq ki, istifadəyə verilən qazıntı yataqları sırasında “Çovdar” (Daşkəsən), “Yuxarı Salahlı” (Ağstafa), “Aşağı Zəyəm­çay” (Tovuz)da, “Aşağı Zəyəmçay” (Şəmkir), “Gilgilçayın cə­nub-qərb cinahı” (Şabran), “Gilgilçayın cənub-qərb cinahı”, “Gil­gilçay III” (Siyəzən), “Kürmükçay” (Qax), “Şahqaya”, “Şonqar” (Qaradağ), “Söylən” (Tərtər), “Bilistan II” (İsmayıllı) və “Türyan­çay III” (Qəbələ) strukturları yer alıb.

XQ

İqtisadiyyat