İşğaldan azad edilmiş ərazilərdə 240 meqavatlıq GES tikiləcək
Bu ilin oktyabrında Qafqazın və keçmiş SSRİ-nin ən böyük günəş elektrik stansiyasının (GES) açılışı olacaq.
Bu barədə energetika nazirinin müavini Elnur Soltanov məlumat verib. Gücü 230 meqavat olacaq stansiyanın sırf xarici investorların dəstəyi ilə yaradıldığını vurğulayan nazir müavini bildirib ki, yaxın vaxtlarda BP və onun tərəfdaşları ilə birgə işğaldan azad edilmiş ərazilərdə 240 meqavatlıq GES-in tikintisinə başlanılması planlaşdırılır. Onun sözlərinə görə, bu, Azərbaycanın öhdəlik kimi götürdüyü sıfır karbon emissiyası proqramına uyğundur.
XQ