Beynəlxalq yükdaşımaları 67 faiz çoxalıb

post-img

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məluma­tına əsasən, cari ilin ilk yarı­sında respublikamıza məxsus avtomobil nəqliyyatı ilə ölkədə beynəlxalq yükdaşımalarının sayı 122 min 49 olub. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisə­də 67 faiz çoxdur.

Respublikamıza məxsus avtomo­bil nəqliyyatı ilə 3-cü ölkə daşımaları üzrə göstəricilərdə də artım dinamikası müşahidə edilir. Azərbaycan daşıyıcı­ları keçən ilin yanvar–iyun aylarında 14 min 151 ədəd 3-cü ölkə daşımaları (xarici ölkədən digər xarici ölkəyə) hə­yata keçirib. Bu ilin müvafiq dövründə bu göstərici 27 min 743 olub.

Keçən il ərzində 3-cü ölkə daşıma­ları üzrə Azərbaycan daşıyıcılarının həyata keçirdiyi daşımaların qeyri-neft ixracına nisbəti isə 6 faiz olub. Cari ilin ilk 6 ayında bu göstərici 9,4 faizə çatıb. AYNA-nın hesablamalarına görə, cari ilin ilk yarısında 3-cü ölkə beynəlxalq yükdaşımaları üzrə xidmətlərin ixracı 166 milyon 500 min dollar olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

XQ

İqtisadiyyat