İllik ÜDM-in həcmi 119, 6 milyard manat proqnozlaşdırılır

post-img

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2024-cü il və sonrakı üç il üzrə baza ssenaridə (neftin bir barelinin orta illik ixrac qiyməti 2024-2027-ci illər üçün 60 ABŞ dolları fərz edilməklə) makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2023-cü ildə ölkədə ÜDM-in real ifadədə 1,9 faiz artaraq 119,6 milyard manat təşkil edəcək.

Bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib. Sənəddə qeyri- neft/qaz ÜDM-i real ifadədə 4 faiz artaraq 77,6 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. 2023-cü ildə isə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0,3% azalacağı gözlənilir.

XQ

 

İqtisadiyyat