Milli ixracın 7 aylıq “kardioqramı”

post-img

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”nın avqust sayına əsasən, 2023-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanın ümumi ixracı 20,8 milyard ABŞ dolları olmuşdur. Qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,8 faiz artaraq 2 milyard ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar-iyul ayları ərzində yeyinti məhsulları üzrə ixrac 520 milyon ABŞ dollarına bərabər olub. 2023-cü ilin yanvar-iyul ayları ərzində elektrik enerjisi 5,5 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 4,4 dəfə, şəkər ixracı 53,1 faiz, meyvə-tərəvəz ixracı isə 46,6 faiz artıb.

Hesabat dövründə aqrar və aq­rar-sənaye məhsulları üzrə birgə ix­racın statistik dəyəri 10,6 faiz artaraq 540,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsin­də əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,3 faiz artaraq 119,4 milyon ABŞ dolları təşkil edib.

2023-cü ilin iyul ayının qeyri-neft ixracı ötən ilin müvafiq dövrü ilə müqa­yisədə 0,4 faiz artaraq 233,2 milyon ABŞ dolları təşkil edib. Hesabat ayında yeyinti məhsulları üzrə ixrac 60,1 mil­yon ABŞ dollarına, qeyri-yeyinti məh­sulları üzrə isə 1,5 faiz artaraq 173,2 milyon ABŞ dollarına bərabər olub.

“Xalq qəzeti”

İqtisadiyyat