Nağdsız əməliyyatlar 2 dəfə artıb

post-img

2023-ci ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 4 milyard 556 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “X.Q”ya verilən məlumata görə, ölkə­daxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artıb. Həyata keçirilən nağd­sız ödənişlərin 3 milyard 583 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 965 milyon manatı POS-terminallar, 7 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyat­ların həcmi ölkədaxili kart əməliyyatları­nın 53 faizni təşkil edib.

Qeyd edək ki, son zamanlar banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahi­də olunur. Belə ki, ötən ilin iyul ayının sonu ilə müqayisədə bankomatların sayı 2,6 faiz, POS-terminalların sayı isə 17,1 faiz artıb.

“Xalq qəzeti”

İqtisadiyyat