Əmlak icarəsindən büdcəyə daxilolmalar 39 faiz artıb

post-img

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirildiyinə görə, cari ilin yanvar–iyul aylarında respublikada dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 19,3 milyon manat vəsait daxil olub ki, bu da proqnozdan 47,7 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 38,9 faiz çoxdur.

Məlumata görə, 7 aylıq daxilolmaların 3,6 milyon manatı qeyri-yaşayış sahələ­rinin, 15,7 milyon manatı isə torpaq sahələrinin icarəsi hesabına təmin edilib.

Hesabat dövründə 1 915 yeni icarə müqaviləsi bağlanılıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz azdır. İcarə müqavilələrinin 418-i qeyri-yaşayış sahələrinə, 1497-i isə torpaq sahələrinə aid olub. Bunlar isə illik müqayisədə mü­vafiq olaraq 16 faiz və 14,7 faiz azdır.

“Xalq qəzeti”

İqtisadiyyat