Xaricə 400 min tonadək meyvə-tərəvəz göndərilib

post-img

Bu, ötən ilkindən 50 min ton çoxdur

Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyul aylarında 397 min ton meyvə-tərəvəz ixrac edilib. Bu həcmdə məhsulun dəyəri 400 milyon dollar olub. 2022-ci ilin 7 ayında isə dəyəri 377 milyon dollar olmaqla 350 min ton meyvə-tərəvəz ixrac edilib.

Həmin dövrdə 31 milyon dollarlıq 72 min tona yaxın kartof ixrac olunub. Ötən ilin eyni dövründə isə 78,1 min ton kartof ixrac edilib. İxrac edilən kartofun dəyəri 35 milyon dollar təşkil edib.

Bu müddətdə 112 min ton tomat ixracı həyata keçirilib. Bu məhsulun dəyəri 124 milyon dollar olub. Ötən ilin 7 ayında məbləği 134 milyon dol­lar olan 112 min ton tomat ixrac edilib.

Hesabat dövründə meşə fındığının ixracında da artım olub. Belə ki, 12,9 min ton meşə fındığı ixrac edilib. İxra­cın dəyəri 64,3 milyon dollar təşkil edib. Ötən ilin müvafiq dövründə isə 59,4 mil­yon dollarlıq 10,6 min ton ixrac reallaşıb.

Hesabat dövründə 37,6 min ton alma ixracı həyata keçirilib. Məhsulun dəyəri 24,3 milyon dollar təşkil edib. Keçən ilin yanvar-iyul aylarında dəyə­ri 13,2 milyon dollar olan 19,7 min ton alma ixracı gerçəkləşib.

“Xalq qəzeti”

İqtisadiyyat