Əhalinin əmanətləri 12,7 milyard manatı ötüb

post-img

Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 20,3 faiz artaraq cari ilin iyulun 1-nə milli valyuta ekvivalentində 12 milyard 748,8 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildi­rilib ki, əmanətlərin 63,4 faizi milli, 36,6 faizi xarici valyutada qoyulub, milli val­yutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27,7 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 9,4 faiz artıb.

İyul ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avro­ya 1,88 (1,84) manata, 100 türk lirəsinə 6,44 (8,31) manata, 100 rus rubluna 1,88 (2,16) manata bərabər olub.

“Xalq qəzeti”

İqtisadiyyat