Ölkəmiz xaricdən 578 min ton buğda alıb

post-img

Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, 2023-cü ilin ilk 7 ayı ərzində Azərbaycana 164 milyon 685 min dollar dəyərində 578 min ton buğda idxal olunub. 

Keçən ilin müvafiq dövrü ərzində isə ölkəmizə 154 milyon 660 min dollar dəyərində 430 min ton buğda gətirilmişdi. 

Xatırladaq ki, 1 ton buğdanın orta idxal dəyəri 360 dollardan 285 dollara düşüb.

“Xalq qəzeti”

 

İqtisadiyyat