İyulda gündəlik 499 min barel xam neft çıxarılıb

post-img

Energetika Nazirliyindən aldığımız məlumata əsasən, 2023-cü ilin iyul ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 621 min barel olub. Bunun 499 min barelini xam neft, 122 min barelini isə kondensat təşkil edib.

“OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.

“Xalq qəzeti”

İqtisadiyyat