“Azərişıq” “Karxana”da  yenidənqurma işləri aparacaq

post-img

“Azərişıq” ASC-in məlumatında bildirilir ki, qurum  Mingəçevir şəhəri ərazisində yerləşən mövcud 35/6-kV-luq 2x10 MVA gücündə “Karxana” yarımstansiyasının 110/35/6-kV-luq 2x40 MVA gücündə yenidən qurulması və 110 kV-luq şəbəkə ilə əlaqələndirilməsi işlərinə 15 milyon manata yaxın vəsait yönəldəcək.

Bu işlərin həyata keçirilməsi üçün “Smart Energy Services” MMC ilə 14 milyon 987 min 837 manatlıq müqavilə imzalanıb. Müqavilənin dəyəri 14 milyon 987 min 837 manatdır. Şərtlərə əsasən, müqavilə çərçivəsində bütün işlər 2024-cü il fevralın 16-dək tamamlanmalıdır.

Xatırladaq ki, “Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.

“Xalq qəzeti”

Son xəbərlər