İqtisadiyyat naziri Mikayıl Cabbarovun məlumatına görə, Pirallahı Sənaye Parkının fəaliyyəti əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsinə, yerli istehsalın və məşğulluğun təşviqinə töhfələr verir.
Sənaye parkında investisiya kapitalı 66 milyon manatdan artıq olan 6 sahibkarlıq subyektinə rezident statusu verilib və bunlardan 2-si artıq istehsal fəaliyyətinə başlayıb.
Nazir bildirib ki, sənaye parkına 36 milyon manatdan çox investisiya yatırılıb, burada 130-dan çox daimi iş yeri yaradılıb, 37 milyon manatlıq məhsul istehsal olunub. Mövcud layihələr üzrə 30 milyon manata yaxın investisiyanın yatırılması, 250-dən artıq iş yerinin yaradılması da nəzərdə tutulur.
“Xalq qəzeti”