2023-cü ilin iyun ayı ərzində Azərbaycanda fəaliyyət göstərən banklar 282,8 milyon manat faiz gəliri əldə edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 faiz və ya 58,5 milyon manat çoxdur.
Qeyd edək ki, hesabat dövründə bankların əməliyyat mənfəəti 128,2 milyon manat, xalis mənfəəti isə 126,2 milyon manat təşkil edib.
“Xalq qəzeti”