“Azərişıq” Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir

post-img

“Azərişıq” ASC-nin mətbuat xidmətinin məlumatına görə, Kəlbəcərin Zar kəndi istiqamətində 35 kV-luq izolyasiyalı xətlərin çəkilişi üzrə işlərə başlanılıb. 

Hazırda bu məqsədlə xətlərin daşınması üçün dayaqlar basdırılır, naqillər çəkilir. Paralel olaraq Mər­cimək, Yellicə və Ağqaya kəndləri istiqamətində də yenidənqurma işləri aparılır.

İzolyasiyalı kabellərin açıq xətlərlə müqayisədə üstünlükləri çoxdur. Yüksək dağlıq ərazilərdə kəskin hava şəraitində açıq naqillərdə buzlaşma halları tez-tez baş verir. Əlavə olaraq meşə zolağından keçən hissədə ağacların budağının toxunması nəticəsində də açılmalar olur. Çətin relyefə malik belə yerlərdə baş verən qəzaların aradan qaldırılması da kifayət qədər vaxt tələb edir. İzolyasiyalı kabellərdə isə belə problemlər yaranmır. Nəticədə abonent dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmaqla yana­şı, itkilər də azalır. 

Xatırladaq ki, Kəlbəcər şəhəri elektrik enerjisi ilə 18 iyul 2020-ci tarixində təmin edilib.

“Xalq qəzeti”

Son xəbərlər