Səudiyyə Ərəbistanının gəlirləri azalmağa başladı

post-img

Səudiyyə Ərəbistanının digər ölkələrə neft satışından əldə etdiyi gəlirlər bir il ərzində üçdə bir azalıb.

Bu barədə Krallığın Baş Statistika Departamentinə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.

Son məlumatlara görə, 2023-cü ilin mayında emal olunmuş məhsullar da daxil olmaqla neft ixracı 19,2 milyard dollara düşüb ki, bu da 2021-ci ilin sentyabrından bəri ən aşağı səviyyədir. Eyni zamanda, neft satışının ümumi ixracda payı 74 faizə qədər azalıb. Baxmayaraq ki, bir il əvvəl bu rəqəm 81 faiz idi.

Agentliyin məlumatına görə, 2022-ci ilin sonunda ölkə qiymətlərin və istehsal həcminin artması fonunda gözlənilmədən yüksək gəlir əldə edib. Lakin artıq bu il könüllü olaraq neft hasilatını sutkada 1 milyon barel azaltmaq lazım gəlib. 

"Xalq qəzeti"

İqtisadiyyat