Polşa İsveçin Saab 340 AEW təyyarəsinin tədarükü üçün müqavilə imzalayıb

post-img

Polşanın hakimiyyət orqanları İsveçin ilkin xəbərdarlıq və idarəetmə təyyarələrinin (AWACS) Saab 340 AEW tədarükü üçün müqavilə imzalayıb. TASS xəbər verir ki, bu barədə çərşənbə axşamı respublikanın müdafiə naziri Mariuş Blaşak bildirib.

“İsveçdən Saab 340 AEW erkən xəbərdarlıq və idarəetmə təyyarəsinin tədarükü üçün müqavilə imzalanıb. Nəticədə NATO-nun şərq cinahı güclənəcək və Polşanın hava məkanı daha təhlükəsiz olacaq”, - nazir Twitter-də yazıb.

"Xalq qəzeti"

Dünya