ABŞ Ukraynaya yeni yardımı açıqlayıb

post-img

Pentaqon Ukraynaya 400 milyon dollarlıq hərbi yardım ayırdığını açıqlayıb.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ölkənin Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketi təqdim edəcəyini açıqlayıb. Bu barədə müdafiə nazirliyinin saytında deyilir.

Bugünkü 400 milyon dollara qədər təhlükəsizlik yardımı öhdəliklərinə hava hücumundan müdafiə sursatları, artilleriya və digər döyüş sursatları, zirehli texnika, tank əleyhinə silahlar və digər avadanlıqlar daxildir.

Bundan əlavə,  ABŞ Ukraynanın təhsil sistemini gücləndirməküçün 500 min dollar göndərəcək.

"Xalq qəzeti"

Dünya