Araz su anbarının iş rejimi və su bölgüsü müəyyənləşdirilib

post-img

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən verilən məlumata əsasən, Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikasının və İran İslam Respublikasının daimi fəaliyyət göstərən Birgə Komissiyasının 52-ci görüşü Bakı şəhərində keçirilib.

Azərbaycan–İran Birgə Komissiya­sının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsər­rüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda səhmdar cəmiyyətin, Azərbaycan Ekologiya və Təbii Sər­vətlər Nazirliyinin və Naxçıvan MR-nın aidiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər.

Görüşdə bir sıra məsələlər müza­kirə edilib, o cümlədən, Araz su anbarı­nın iş rejimi və iki ölkə arasında su böl­güsü müəyyənləşdirilib, Araz çayında su və energetika ehtiyatlarından birgə istifadə üzrə müvafiq bölgü cədvəlləri hazırlanıb və protokol imzalanıb.

“Xalq qəzeti”

İqtisadiyyat