Azərbaycanda son 5 il ərzində sənaye məhsullarının qeyri neft-qaz ixracında payı 62,6 faizə çatıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Tvitter” hesabında yazıb. “Ölkəmizdə ixracın şaxələndirilməsi və sənaye məhsullarının rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində reallaşdırılan tədbirlər nəticəsində 2018-2022-ci illərdə sənaye məhsulları ixracının qeyri neft-qaz ixracında payı 51,8 faizdən 62,6 faizə çatıb”,–deyə nazir bildirib.
“Xalq qəzeti”

