2023-cü ilin yanvar-may aylarında ölkənin pərakəndə ticarət şəbəkəsində istehlakçılara 20,8 milyard manatlıq, o cümlədən 12 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2 faiz, qeyri-ərzaq malları üzrə isə 4,1 faiz artıb.
“Xalq qəzeti”

