Zəmilərin 13,2 faizində biçin yekunlaşıb

post-img

Respublikanın bölgələrində taxıl biçini davam edir. Bu günədək sahələrdən 370 min 541 ton arpa və 24 min 237 ton buğda yığılıb. Arpa sahələrinin təxminən 33 faizində biçin başa çatıb, buğda sahələrində isə biçinə yeni start verilib. Arpa üzrə orta məhsuldarlıq 28,3 sentner təşkil edir.

Biçin prosesinin ilk başladığı rayon­lardan olan Sabirabadda payızlıq əkin­lər dövründə 25 min 975 hektar sahədə taxıl əkilib. Əkin sahələrinin 13 min 313 hektarı buğda, 12 min 662 hektarı arpa sahələridir. Bu günədək Sabirabadda 7 min 222 hektar sahədə biçin aparılıb, sahələrdən 28 min 205 ton məhsul yı­ğılıb. 

Hazırda rayonda taxıl üzrə orta məhsuldarlıq 39,1 sent/hektar təşkil edir. Sabirabad üzrə arpa sahələrinin 60 faizində biçin yekunlaşıb. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün “Aqroservis” ASC tərəfindən Sa­birabada digər bölgələrdən əlavə kom­baynlar dislokasiya edilib.

Artıq rayonda gedən biçin prose­sinə 78 kombayn cəlb olunub. Bun­lardan 34-ü “Aqroservis” ASC-nin yer­li rayon bölməsinin balansında olan kombaynlardır. “Aqroservis” tərəfindən digər rayon bölmələrindən Sabirabada 5 əlavə kombayn dislokasiya edilib. Biçinə, həmçinin fiziki və hüquqi şəxs­lərə məxsus 39 özəl kombayn da cəlb olunub

Qeyd edək ki, hazırda respublika­nın 42 rayonunda biçin davam edir. İn­diyədək 130 min 960 hektar sahədə, yaxud payızlıq əkin sahələrinin 13,2 faizində biçin başa çatıb. Sahələrin 44 min 331 hektarı “Aqroservis” ASC-nin kombaynları, qalan hissəsi isə özəl kombaynlar vasitəsilə biçilib.

Bu il ölkə ərazisində 1 milyon 58 min 398,9 hektar sahədə taxıl əkilib ki, bunun da 658 min 383,7 hektarı buğda, 400 min 15,2 hektarı isə arpa sahəsidir.

 

 “Xalq qəzeti”

İqtisadiyyat