Gələn il ölkəmizdə xam neft hasilatının sutkalıq həcminin 551 min barel təşkil edəcəyi gözlənilir.
2024-cü ildə OPEC və qeyri-OPEC ölkələri üzrə isə gündəlik neft hasilatının səviyyəsi 40,46 milyon barel səviyyəsində müəyyənləşdirilib. Bu barədə razılıq OPEC+ ölkələri nazirlərinin oktyabrın 4-də keçirilən 35-ci görüşündən sonra əldə olunub.
Xatırladaq ki, bundan əvvəl OPEC 2023-cü ildə Azərbaycanın maye karbohidrogen tədarükünün sutkada 37 min barel artaraq orta hesabla 0,7 milyon barel səviyyəsinə çatacağını proqnozlaşdırmışdı.
Yeri gəlmişkən, cari ilin aprel ayında Azərbaycanda gündəlik xam neft hasilatı sutkada 512 min barel təşkil edib. Bütövlükdə isə, hesabat dövründə ölkəmizdə gündəlik neft hasilatı kondensatla birlikdə sutkada 626 min barelə çatıb.
“Xalq qəzeti”