Respublikamızda investisiya fondları və onların idarəçiləri tərəfindən reyestrə daxil edilən məlumatlarda dəyişikliklər barədə Mərkəzi Banka 5 iş günü müddətində yazılı bildiriş göndəriləcək.
Bu, “İnvestisiya fondları haqqında” qanunda dəyişiklik edilməsi barədə layihədə öz əksini tapıb.
Sənədə əsasən, “Qiymətli kağızlar bazarı haqqında” qanunda nəzərdə tutulan sənədlər Mərkəzi Banka əvvəlcədən təqdim olunduqda və həmin sənədlərdə dəyişikliyə zərurət yaranmadıqda onların yenidən təqdim edilməsinə ehtiyac qalmayacaq. Belə bir vəziyyət isə Mərkəzi Bankın bu barədə yazılı məlumatı ilə reallaşacaq.