Əmlak sığortalanması nədir və necə yerinə yetirilir?

post-img

Dünəndən daşınmaz əmlakın icbari sığortası ilə bağlı elektron sistem işə düşüb. Bu sistem həm əmlakın sığortalanması prosesini sadələşdirir, həm də əmlakın sığortalı olub-olmamasına nəzarət imkanı yaradır. Evini sığorta etdirməyən vətəndaşlara isə cərimə tətbiqini şərtləndirir. Xatırladaq ki, fiziki şəxslərin 30 manat, vəzifəli şəxslərin 80 manat, hüquqi şəxslərin isə 200 manat cərimələnəcəyi nəzərdə tutulur.

Ekspert Adil Nəcəfovun sözlərinə görə, cərimə yenə əvvəlki qayda əsa­sında reallaşdırılır. Bu, İnzibati Xəta­lar Məcəlləsinə istinad edilir. Belə ki, hüquqi şəxslərin cərimələnməsi Fövqə­ladə Hallar Nazirliyi, fiziki şəxslərin cə­rimələnməsi isə yerli icra hakimiyyəti tərəfindən inzibati protokol tərtib olun­maqla həyata keçirilir.

A.Nəcəfov deyir ki, hazırda fizi­ki şəxslər üçün inzibati protokolun nümunəsi tərtib edilmədiyindən cə­rimələnmə mexanizmi işləmir. Əmlak Məsələləri Dövlət Xidmətində bütün vətəndaşların sənədli evlərinin siya­hısı var. İcbari Sığorta Bürosunda isə sığorta edilən daşınmaz əmlakların si­yahısı mövcuddur. Tərəflərin elektron mübadiləsi ilə bu sənədlər aydın görü­nür. Başqa sözlə, İcbari Sığorta Bürosu sığortasız evlərin siyahısından xəbər tutur və vətəndaşlara məlumat verir. 

Bəs çıxarışı olmayan fərdi həyət evlərində sözügedən sığorta tətbiqi barədə nə demək olar? A.Nəcəfovun sözlərinə görə, Bakı və Abşeronda 500 mindən artıq çıxarışı olmayan fərdi həyət evi var. Hazırda çıxarışı olma­yan əmlaklar sığortalana bilmir. Əm­lakın sığortalanması üçün mütləq şə­kildə onun mülkiyyət hüququnu təsdiq edən sənəd olmalıdır. Sənədsiz evlərlə bağlı məsələ həllini tapmadığı halda gələcəkdə baş verəcək hər hansı tə­bii fəlakət zamanı dəymiş zərəri dövlət ödəməli olacaq.

Xatırladaq ki, Bakıdakı ev və mən­zillərin illik sığorta haqqı 50, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40, digər şəhər və rayonlarda isə 30 manatdır. Müvafiq olaraq, paytaxtda­kı mənzillərə 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəki mənzillərə 20 min, digər şəhər və ra­yonlardakı mənzillərə isə 15 min manat sığorta təminatı verilir. 

“Xalq qəzeti”



İqtisadiyyat