İnflyasiya artımı yüksək deyil

post-img

Dövlət Statistika Komitəsindən məlumatına əsasən, cari ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrünə nisbətən 113,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 116,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 111,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,7 faiz təşkil edib.

Aprel ayında istehlak qiymətləri in­deksi əvvəlki aya nisbətən 100,3 faiz, 2022-ci ilin eyni ayına nisbətən 112,8 faiz təşkil edib. Ərzaq məhsulları, iç­kilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faizə, 2022-ci ilin aprel ayına nis­bətən 115,1 faizə çatıb. 

Qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, 2022-ci ilin aprel ayına nis­bətən 111,3 faiz təşkil edib.

Aprel ayında əvvəlki ayla müqa­yisədə qeyri-ərzaq məhsullarından bahalaşma əsasən yağlı boyalar, me­bellər, məişət cihazları, minik avtomobil­ləri üçün ehtiyat hissələri, ucuzlaşma isə kəsilmiş taxtalar, mobil telefonların və yazı kağızlarının qiymətlərində müşa­hidə olunub. Digər qeyri-ərzaq məhsul­larının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

“Xalq qəzeti”

İqtisadiyyat