Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən ölkədir. Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, son 20 il ərzində ölkəmizdə ÜDM-in nominal həcminin 22 dəfə artaraq 133,8 milyard manata çatması da bunu təsdiqləyir. Bundan başqa, ölkə əhalisinin gəlirləri 13,7 dəfə, strateji valyuta ehtiyatları isə 41 dəfədən çox artaraq 1,6 milyard dollardan 65,9 milyard dollara çatıb.
Azərbaycanın bank sektorunun da ildən-ilə dinamik inkişaf nümayiş etdirdiyini bildirən N.Əmirov qeyd edib ki, bu gün Azərbaycan banklarının aktivləri 44,8 milyard manatdır. Bunun da 11 milyard manatdan çoxu biznes kreditlərinin payına düşür. Onun sözlərinə görə, ölkədə dollarlaşma, xüsusən də xarici valyutada kreditlərin sayı xeyli azalıb.
“Xalq qəzeti”