Kiçik və orta biznes beynəlxalq sərgiyə hazırlaşır

post-img

May ayının 17-19-da Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (“İnterFood Azerbaijan”) sərgiləri keçiriləcək. Sərgilərdə kiçik və orta biznes subyektlərinin məhsullarının tanıdılmasına dəstək məqsədilə xüsusi stendlər qurulacaq.

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən verilən məlumata görə, sərgilərdə bitki­çilik, baytarlıq, heyvandarlıq, quşçuluq və balıqçılıq məhsulları, suvarma ava­danlıqları, qənnadı, ət, meyvə-tərəvəz, süd məhsulları, şirələr, çay, tütün və di­gər qida məhsulları və müvafiq sahədə xidmətlər təqdim ediləcək.

Məlumatda, həmçinin qeyd olunur ki, əvvəlki illərdə olduğu kimi, bu il də mikro, kiçik və orta sahibkarlıq sub­yektlərinin müvafiq sərgilərdə iştirakına dəstək göstəriləcək.

“Xalq qəzeti”

İqtisadiyyat