Azərbaycanın milli süni intellekt strategiyası üçün Yol xəritəsi hazırlanıb

post-img

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi Azərbaycanın milli süni intellekt strategiyası üçün Yol xəritəsi hazırlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev "Dayanıqlı inkişaf üçün texnologiyalar: 4Sİ texnologiyaları və bulud həlləri" mövzusunda keçirilən tədbirdə deyib.

"Yaxın zamanlarda süni intellekt satınalmaları layihəsinin təqdimatını planlaşdırırıq. Qurum Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi şəbəkəsinin Azərbaycandakı mərkəzinə də ev sahibliyi edir. Mərkəz Dünya İqtisadi Forumu ilə 3 platforma - süni zəka və maşın öyrənməsi, əşyaların interneti və şəhər transformasiyası, həmçinin rəqəmsal ticarət üzrə əməkdaşlıq edir. Mərkəzin əsas istiqamətləri Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı, bu sahədə əlaqələndirməni, həmçinin rəqəmsal iqtisadiyyat sahəsində strategiyaların, təşəbbüslərin, layihələrin koordinasiyası həyata keçirməkdir", - deyə T.Tağıyev qeyd edib.

İqtisadiyyat