“AzerGold” Kəlbəcərdə nəcib metal axtarır

post-img

“AzerGold” QSC geoloji-kəşfiyyat qrupu Şərqi Zəngəzur iqtisadi rayonunun inzibati ərazisinə daxil olan Kəlbəcər rayonunda yerləşən və ümumi sahəsi 85,56 kvadratkilometr olan “Tutxun” nəcib metal təzahürləri sahəsində geoloji kəşfiyyat işlərinin birinci mərhələsini tamamlayıb.

Qurumun yaydığı məlumata görə, Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən mina və partlamamış hərbi sursatlardan təmizlənmiş 8,29 kvadratkilometr ərazidə, o cümlədən Başlıbel-Xanlanlı, Oruclu-Ağya­taq-Çorman sahələrində 2022-ci ilin iyun-dekabr ayla­rı ərzində yerüstü axtarış-kəşfiyat işləri aparılıb. Əldə edilmiş sınaq nümunələri element tərkiblərinin müəy­yənləşdirilməsi məqsədilə analiz üçün beynəlxalq la­boratoriyaya göndərilib.

“Tutxun” sahəsinin yerləşdiyi ərazilərin Ermənis­tan tərəfindən minalarla çirkləndirilməsi ilə əlaqədar burada geoloji-kəşfiyyat işlərinin sürətlə davam etdi­rilməsi mümkün deyil. Bu səbəbdən axtarış-kəşfiyyat işləri yalnız minalardan təmizlənmiş sahələrdə aparılır. 2023-cü ildə işlərin davam etdirilməsi üçün daha 45,5 kvadratkilometr sahə ANAMA tərəfindən təmizlənərək çöl tədqiqatlarının davam etdirilməsi üçün “AzerGold” QSC-nin geoloji heyətinin ixtiyarına veriləcək.

 

“Xalq qəzeti”

İqtisadiyyat