10 ildə 62,3 milyard dollar xarici investisiya

post-img

Son 10 il ərzində Azərbaycan iqtisadiyyatına 62,3 milyard dollar investisiya cəlb olunub.

Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan iqtisadiyyatının dayanıqlı in­kişaf məqsədlərinin (DİM) maliyyələşdirilməsi üçün “İnvestor xəritəsi”nin təqdimatında deyib.

Nazir müavini bu göstəricilərin hər il artdığını və Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiya­ların getdikcə daha çox artacağından əmin olduğunu vurğulayıb.

“Biz 2017, 2019 və 2020-ci illər ərzində BMT-yə DİM-in həyata keçirilməsinə dair 3 hesabat təqdim etmişik. Sonuncu hesabatda mövqeyimizi yaxşılaş­dıraraq 50-ci yeri tutduq. Qeyd etmək istəyirəm ki, Azərbaycan üzrə DİM-in reallaşdırılması üzrə növbə­ti hesabatın BMT-yə 2024-cü ilin iyun ayında təqdim olunması planlaşdırılır və əminik ki, ölkəmizim mövqe­yi daha da yaxşılaşacaq”, – deyə bildirib. 

 

“Xalq qəzeti”

İqtisadiyyat