Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ərzində açılmış iş yerlərinin 91,4 faizi qeyri-dövlət sektorunda yaradılıb.
Yeni açılmış iş yerlərinin 80,2 faizi Bakı şəhərinin, 0,6 faizi Naxçıvan Muxtar Respublikasının, 19,2 faizi digər regionların, o cümlədən 3,3 faizi Abşeron–Xızı, 2,6 faizi Quba–Xaçmaz, 2,5 faizi Şəki–Zaqatala, 2 faizi Şirvan–Salyan, 1,7 faizi Gəncə–Daşkəsən, 1,3 faizi Qarabağ, 1,3 faizi Qazax–Tovuz, 1,3 faizi Lənkəran–Astara, 1,2 faizi Mərkəzi Aran, 0,9 faizi Mil-Muğan, 0,8 faizi Dağlıq Şirvan, 0,3 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.
Yeni açılmış iş yerlərinin 8,8 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 89,6 faizi mövcud müəssisə və təşkilatlarda, 0,9 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,7 faizi isə digər tədbirlər üzrə yaradılıb.
Bununla yanaşı, 2022-ci il ərzində ölkədə 11,9 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 39,3 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 57,3 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 42,7 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.
“Xalq qəzeti”

